
Süsən xüsusi gözəlliyə sahib olan güldür, adı qədim yunan göy qurşağı ilahəsi İridanın şərəfinə adlandırılmışdır. Çinlilər üçün süsən incəliyin, lütfün və zərifliyin təcəssümüdür.
Yaponiyada isə hətta Süsən Festivali var. Onlar bu bayramı mayın əvvəlində qeyd edirlər, çünki ilin məhz bu vaxtında çiçək açan süsən gülü sağlamlıq və firavanlıq rəmzini ifadə edir.
Süsən notu ətirlərdə geniş şəkildə istifadə olunur. Onun qoxusu zərif, şirin, pudralı və incədir.
Süsən qoxulu ətirləri seçənlər mükəmməl zövqə sahib olan şəxslərdir. Süsən notu əsasən üst və ürək notlarında hiss olunur, bəzən isə baza notlarında da yer ala bilir.