
Hər mövsümün xüsusi olaraq öz ətri var. Qış ətirləri tünd qoxuya sahib olurlar (ağac,müşk,pudra və s.),payız ətirləri rahatlıq və xoş əhval-ruhiyyə bəxş etməlidir (vanil,ədviyyat,qəhvə və s.),yaz isə şən və şirin ətirlərin mövsümüdür (gül,meyvə və s). Qızmar yay günlərində isə biraz təravətli qoxuya üstünlük verməyə çalışırıq.
⠀
Bəs yay ətirlərində hansı notlar olmalıdır? Sitrus, dəniz, aqva, meyvə, giləmeyvə və yaşıl notlar (ot,yarpaq və s.). Əziz xanımlarımıza seçimlərində köməklik göstərmək üçün 5 yay ətirləri təqdim edirik: