
Pudra qoxulu ətirlər hər hansı bir qrupa təşnif etmək olmur, o həm şərq, həm gül, həm də fujer qoxulu ətirlərdə rast gəlinə bilər. Lakin, öz cazibədar auralı qoxusu sayəsində digərlərindən daim seçilir.
⠀
Pudra qoxulu ətirlər son 20il ərzində populyar olaraq qalır, onların başqalarından fərqləndirən üstünlüyü öz sahibəsinə rahatlığı və "baxımlılıq" hissini yaşatmağıdır.
⠀
Onların zərif şleyfi, şirin məxməri akkordlara incə bürünərək ətrə yüngüllük verir, qadınların fərqliliyini və cazibədarlığını vurğulayır.
⠀
"Pudra" effektini, təbii və sintetik mənşəli müxtəlif komponentlərdən istifadə edərək əldə edirdilər. İlk zamanlar bu qoxunu əldə etmək üçün iris notu olunub, hansı ki qoxuya dolğunluq hissini yaradır.
⠀
Tədricən eyni xüsusiyyətlər bənövşəyi, sümbül, müşk, səndəl ağacı,tonka lobyası, paçuli, vanil və ağac notlarının birləşməsində hiss olunur.