
Görünüşcə portağalı xatırladan bu meyvə yüngül acılığı ilə digər sitrus meyvələrindən fərqlənir.
Bəs ətirdə onun qoxusu necədir?
Qreypfrut notu ətirlərə təravət və bir qədər də tündlük qatır. Eyni zamanda, qreypfrutun qoxusu şirin, cəlbedici və həyəcanvericidir. Çoxları üçün belə qoxulu ətir gənclik və qayğısızlıq ilə assosiasiya olunur.
Ətirlərdə qreypfrut digər sitrus meyvələri kimi çox zaman üst notlarda yer alır və kompozisiyaya parlaqlıq verir. Limon, mandarin, berqamot ilə birlikdə günəşli yayı xatırladan parlaq, təravətli ansambl yaradır.
Qreypfrut beyinə müsbət təsir göstərir, əhval-ruhiyyəni qaldırır, soyuqdəyməni, depressiyanı və həddindən artıq gərginliyi aradan qaldırır.